Məhəmməd Əmin Rəsulzadə
(1884 Bakı - 1955 Ankara)


Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan İstiqlal Hərəkatının ideoloqu,
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlalını elan edən Milli Şuranın Sədri

Kitablar Məqalələr Nitqlər/Xitablar
Məhəmməd Əmin Rəsulzadə
haqqında yazılanlar
Xitablar / Nitqlər
M.Ə. Rəsulzadə abidəsi
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
Bu bloq səhifəsi dövri mətbuatda gedən məqalələr, videolar və kitablar haqqında məlumatları əhatə edir.
Mehmet Emin Resulzadenin Arşivi ve Elyazmaları
Bir cüt ayaqqabının verdiyi zövq
Azərbaycan mühacirətinə aid yeni fotolar aşkarlandı
Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı
Moskva M.Ə.Rəsulzadəni təntənə ilə andı
Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür
Rəsulzadə irsinə ehtiramın ifadəsi - MÜNASİBƏT
M.Ə.Rəsulzadəni məzara endirən adam danışır
130 yaşlı istiqlal mücahidi
Rəsulzadənin Polşa həyatından maraqlı fakt
Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Məhəmməd Əmin Rəsulzadənin doğumundan 130 il ötür
Ölərkən “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyən Azərbaycanlı
XİN rəsmisi: “Səfirliklərimizdə Rəsulzadənin yubiley tədbirlərinə başlanılıb”
Müsavatda möhtəşəm Rəsulzadə yubileyi keçirildi
Rəsulzadə kimdir? Tarixçilərin gözü ilə
Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (3-cü yazı)
Rəsulzadəyə sizə bir dövlət quran böyük kimi sahib çıxın
Üzeyir Hacıbəyli Rəsulzadə haqqında nə yazmışdı?

... Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar...

Məhəmməd Əmin Rəsulzadə

Əlimərdan Bəy Topçubaşının Məzarı Başında Nitq

Əlimərdan bəy Topçubaşov, Pəri xanım və M.Ə. Rəsulzadə

Xanımlar, bəylər!

Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.

Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.

Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanlar zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümulu ilə qavramaq qətiyyən mümkün deyildir.

Yetmiş beşi haqlayan yaşını, heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!...

Bəli, Əli Mərdan bəyin keçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşı Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.

Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əlimərdan bəy meydana çıxmışdı.

... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər. Eyni zamanda şübhə etmirəm ki, birləşik müstəqil Qafqasya da öz hürriyyət baratında (fərmanında) imzası olan sayğılı mücahidini unutsun! ...

Budur sənə söyləyəcəyim son söz! ...
Sənə bizlərdən minlərlə rəhmət ! ...
Sənə bizlərdən minlərlə hörmət!! ...

"Qurtuluş" jurnalı. Berlin,
1934-cü il. İl:1, Sayı:2

M.Ə. Rəsulzadə iş otağında

 

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin Açılışındakı Nitqi

Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) !

Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm), əfəndilər (alqışlar).

Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sis edəcəkdi.

O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi. Millətlər kəndi (öz) müqəddəratlarının tə"yinini pək səmimanə bir surətdə Rusiya məclisi-müəssisanından gözlədilər.

Tamamı

Ə. (Dudənginski)-Fətəlibəylinin Qətli Münasibətilə Nitq

Ölülərimizi xeyirlə yad etmək kültürümüzün və ictimai tərbiyəmizin icabıdır (zəruridir). Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək - tarixçinin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə tərhim törənlərinin (dəfn mərasiminin) gələnəyidir (ənənəsidir).

Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində yapılan milli mücadilənin qurbanları olan azərbaycanlıları təqdirlə anmaq vəzifəmizdir. Burada, qəddar düşmənin sinsi (xain) və vəhşi bir zərbəsiylə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir kaç vaqiə zikr etməklə, tərhim borcunu ödəmək məqsədiylə hüzurunuza çıxmış bulunuyorum.

Tamamı

 

1951-ci il 26 Avqustda "Amerikanın səsi" radiosu ilə
Azərbaycan xalqına xitab

Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: İnsanlara Azadlıq, Millətlərə İstiqlal!

Bundan 33 il əvvəl, Birinci Dünya Hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.

Rəisi olmaq şərəfiylə fəxr etdiyim Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamədə özcümlə bu maddələr vardır:

  1. - Azərbaycan xalqı hakimiyyət haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
  2. - Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyətidir.
  3. - Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi münasibətlər qurmağa əzm edər.
  4. - Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər.

Tamamı

ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının
32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı.

Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet Hökumətinin və Bolşevik Partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.

Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.

Xalq idarəsi, xalq üçün, xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı monopoliya altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər ki, bundan 32 il əvvəl Aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi" isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl ordunu Azərbaycana göndərmişdir.

Halbuki həqiqət tamamilə bunun əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir...

Tamamı

1953-cü ilin 28 Mayısında "Amerikanın səsi" radiosu ilə
Azərbaycan xalqına xitab


Rəsulzadənin öz səsi ilə dinlə (MP3)

Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1804-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi.

Tamamı