Məhəmməd Əmin Rəsulzadə
(1884 Bakı - 1955 Ankara)


Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan İstiqlal Hərəkatının ideoloqu,
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlalını elan edən Milli Şuranın Sədri

Kitablar Məqalələr Nitqlər/Xitablar
Məhəmməd Əmin Rəsulzadə
haqqında yazılanlar
Nə böyük bayram
M.Ə. Rəsulzadə abidəsi
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
Bu bloq səhifəsi dövri mətbuatda gedən məqalələr, videolar və kitablar haqqında məlumatları əhatə edir.
Mehmet Emin Resulzadenin Arşivi ve Elyazmaları
Bir cüt ayaqqabının verdiyi zövq
Azərbaycan mühacirətinə aid yeni fotolar aşkarlandı
Məhəmməd Əmin Rəsulzadənin yubileyinə sözardı
Moskva M.Ə.Rəsulzadəni təntənə ilə andı
Rəsulzadəni satan adamı siz də tanıyın – KQB arxivindən
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür
Rəsulzadə irsinə ehtiramın ifadəsi - MÜNASİBƏT
M.Ə.Rəsulzadəni məzara endirən adam danışır
130 yaşlı istiqlal mücahidi
Rəsulzadənin Polşa həyatından maraqlı fakt
Bu gün Məmməd Əmin Rəsulzadənin doğum günüdür
Məhəmməd Əmin Rəsulzadənin doğumundan 130 il ötür
Ölərkən “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyən Azərbaycanlı
XİN rəsmisi: “Səfirliklərimizdə Rəsulzadənin yubiley tədbirlərinə başlanılıb”
Müsavatda möhtəşəm Rəsulzadə yubileyi keçirildi
Rəsulzadə kimdir? Tarixçilərin gözü ilə
Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (3-cü yazı)
Rəsulzadəyə sizə bir dövlət quran böyük kimi sahib çıxın
Üzeyir Hacıbəyli Rəsulzadə haqqında nə yazmışdı?

Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar : İSTİQLAL BAYRAMI !!! Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddəratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına təsadüf etmişdilər ki, yüz sənəlik əsarətə yalnız yüksək bir amal nəticəsi deyil , eyni zamanda zəruri bir ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışdılardı.

Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal etmişdilər. Bilməcburiyyə e"lani istiqlal !!!

İstiqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərini bir araya toplanmasını "ictimai ziddin" qəlbindən ədd etməklə, Zaqafqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istəyirdilər.

Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi.

Bir növzadın məsəmeyi-madərdən xilas olub da , dünyaya gəlməsi heç şübhəsiz bir vaqeyi-istiqlaldır. Qadının vəz"i-həmlinə digər tə"birlə bizdə "azad olmaq" deyirlər. Halbuki bu "azadlıq" eyni zamanda bir zərurəti-təbiiyyə , bir məcburiyyətdir...

Öylə bir məcburiyyət ki, həyati-elm ona bağlıdır.

Zaqafqaziya “seymi”nin elani-istiqlalə məxsus olan günündə “kadet” firqəsi nümayəndəsi “seym” üzvlərinin o gün vəzifələrinin ağırlığından duyduqları hissiyata tərcüman olaraq, hər kəsi özü kimi təsəvvür edərək: “Baxınız sanki “seym” bir möhtərizin” başı üstündə durmuşdur - dediyinə müqabilətən mən : “Əfv edərsiniz, bu iztirab və əndişə bir möhtərizin deyil, bir ləhvisənin (oyuncağın – Ş.H.) başı üstündə görülən iztirabdır”.

Zaqafqaziya ləhvisəsinin “azad”lığı çox müşkülatla olmuşdu. Çünki birdən üç növzad (övlad – Ş.H.) doğmuşdu:

Gürcüstan, Azərbaycan və Ermənistan!

Hər növzad kimi istiqlal dəxi can kimi sevildiyi halda canan kimi cəfakardır. Bir növzad paydar olub kəndi (öz – Ş.H.) başına dolanar bir adam oluncaya qədər ata və anasına nə əndişələr, nə qəmlər, nə qüssələr verməz!

İştə, eyni iztirabları, eyni qüssə və dərdləri fəqət bununla tovəm olan sevinc və etinaları biz keçən sənə istiqlalında keçirmədikmi?

Mart hadisatı-əliməsinin bir nəticəsi olaraq davam edən Bakı əsarəti, Şamaxının bu dəfə yer altındakı məvadi-yerkəniyyədən deyil, insanların fitrətindəki şərarətdən mütəzəlzil olub da, xak ilə yeksan olması, osmanlı türk qardaşlarımızın son ümidsizlik dəmində yetişib də bizi düşmənlərdən xilası; Bakının istirdadı, sonra ingilislərlə bərabər Biçeraxov və sairlərinin gəlişi ilə hasil olan iztirab və əndişə, parlamanın mütəntən (təntənəli – Ş.H.) surətdə açılması, Azərbaycan ordusunun vürudi, Qarabağ, Naxçıvan, Lənkəran məsələləri, Dağıstan faciəsi, nəhayət, bugünkü şənliklər – iştə bir sənəlik həyati-istiqlalın xöf ilə ümid arasındakı iztirab və etminan dəqiqələri!

Hər nasılsa növzadımız bir yaşına çatdı! Bu bir ilin ərzində azərbaycanlıların maddətən verdikləri qurbanlara müqabil qazandıqları yalnız xarici bizi müstəqil bir millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmailat deyil, ən böyük şeyi fikri-hürriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətdir.

Bundan iki sənə əvvəl biz türkçülər Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kimi təsəvvür etdikdə, yalnız rus kadetləri ilə sosialistlərindən deyil, öz kadetlərimizlə sosialistlərimizdən dəxi müqabilə görürdülər.

Bir sənə sonra bütün firqələr bunu bir zərurət kimi qəbul edərək Azərbaycan istiqlalının elanında iştirak etdilər. Bu gün isə hər kəs onu bir موهبه (Muhibə) kimi qarşılayıb bir amal və bir ideal kimi alqışlayır!

Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən deyil, ağac tüfəngləri ilə “iləri, iləri!” – deyə soqaqları dolaşan gənclərlə “Azərbaycan əsgərlərinin” yaşar gözləri və “Allah bədnəzərdən saxlasın” duası ilə ötürən cəmaətdən nəşeyi-istiqlalı dərk etmiş xalqdan gəlir.

Bundan altı ay əvvəl Azərbaycan məclisi-məbusanın açıldığı gün : “Bir kərə yüksələn bayraq bir daha enməz!” – demişdim.

O zaman içində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdiribdə “Müdara” (gözəl rəftar – Ş.H.) göstərmək məcburiyyətində qalırdıq.

Bu məcburiyyətdən müntəsir olan bəzi bədbinlər “Hanıya bir kərə yüksələn bayraq, bir daha endirilməz!” – deyirsiniz? – deyirdilər!

İştə qoy bugünkü gün, milli bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin qəlbini təsfiyə etsin!

Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvai-hürriyyət bir daha bükülməz!

Doğrudur ki, bu gün yüksəltdiyimiz istiqlal bayrağını endirməyə, açdığımız Ləvai-hürriyyəti bükməyə çalışan düşmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə püskürməkdə, bizi təhdid etməkdədirlər.

Fəqət, bir tərəfdən millətimizin gündən-günə artan əzmi-milliyyəsinə, istiqlal və hürriyyəti yolunda sabit qalacağına, digər tərəfdən də, nə desələr, dünya üzərində təsirsiz qalmayacaq, milliyyət fikr müəzzəminin bilaxirə elani-zəfər edəcəyinə inanmaqla, bu tariximizi təbrik edəlim də, inanalım ki, bir yaşında növzad istiqlal təhlükəli qranlarını keçir.

Bir kərə yüksələn Ləvai-istiqlal, bir daha enməz!

"Azərbaycan" qəzeti, № 190, 28 may 1919-cu il.
M.Ə. Rəsulzadə