Mayıs duyğuları
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
"Azərbaycan" jurnalı, Ankara, il:4,
sayı:12(36), Mart 1955-ci il. (Son şeir)
Əziz Vətəndaşlarım!
100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi,
Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl
bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət
olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır.
Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük
və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən
qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən
bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə
dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri
ən müqəddəs bir şüardır.
28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini
fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından
istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu
xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan
milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü.
...
Vətəndaşlar!
Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən,
orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq
ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları
huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin
deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Azərbaycan xalqına xitab
28 May 1953-cü il
"Amerikanın Səsi" radiosu ()
Rəsulzadənin özündən dinləyin
28 Mayıs - Istiqlal Bayramı !!!
Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: Istiqlal bayramı !!!
Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddaratını həll üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin
öylə bir anına tasadüf etmişdilər ki, yöz sənəlik əsarətə yalniz yüksək bir amal nəticəsi deyil ,
eyni zamanda zəruri bir ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışdılardı.
Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal etmişdilər.
Bilməcburiyyə e"lani istiqlal !!!
İstqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal"
sözlərini bir araya toplanmasını "içtimai ziddin" qəlbindən ədd etməklə,
Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istıyirdilər.
Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi. ...
Nə böyük bayram "Azərbaycan" qəzeti,
№ 190, 28 may 1919-cu il ()
Ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.
Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.
O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş,
ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan.
Lahıc, İyul 1920
"Əsrimizin Siyavuşu" Gəncliyə Xitab |